RU

KİV: Tramp gələn həftə Putinlə görüşməyi planlaşdırır

ABŞ Prezidenti Donald Tramp gələn həftə rusiyalı həmkarı Vladimir Putinlə görüşməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə “The New York Times” mənbələrə istinadən yazıb.

Nəşrin məlumatına görə, Tramp çərşənbə günü Avropa liderləri və Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı zamanı planlarını açıqlayıb. Söhbətə, həmçinin Böyük Britaniyanın baş naziri Kir Starmer, Almaniya kansleri Fridrix Mers, NATO-nun Baş katibi Mark Rutte, həmçinin ABŞ-nin vitse-prezidenti Cey Di Vens, dövlət katibi Marko Rubio və Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff da daxil olub.

Məqalədə bildirilir: “Tramp Putinlə görüşməyi və tezliklə Ukrayna Prezidenti Volodimir Zelenski ilə üçtərəfli görüş keçirməyi gözləyir”.

Избранный
125
50
report.az

10Источники