RU

Tramp Zelenskiyə ZƏNG EDƏCƏK - Uitkoffun Moskva səfəri GÜNDƏMDƏ

ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə Rusiya lideri Vladimir Putin və özünün xüsusi nümayəndəsi Stiven Uitkoff arasında görüşdən sonra danışa bilər.

Bizim.Media xəbər verir ki, bu barədə “Axios” portalının jurnalisti “X” sosial şəbəkəsində məlumat verib.

“Trampın çərşənbə günü Uitkoffun Putinlə görüşündən sonra Zelenski ilə danışacağı gözlənilir”, - məlumatda deyilir.

Qeyd edək ki, bu gün Uitkoff Kremldə Rusiya prezidenti ilə görüşüb. Putin Donald Trampın xüsusi nümayəndəsi ilə təxminən üç saat danışıb.

Bizim.Media

Избранный
164
50
bizim.media

10Источники