AZ

Avropa liderləri Zelenski ilə Ağ Ev görüşündə iştirak edəcək

Zelenskinini Tramla gördə çoxsaylı Avropa liderləri müşayiət edəcək və onlar Ağ Evdə Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin təminatı məsələsini müzakirə edəcəklər...

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla keçirilən sammitdə Ukrayna üçün potensial təhlükəsizlik zəmanətlərini qəbul edib və “ərazi mübadilələri” məsələsində güzəştə gedib.

Poliqon xəbər verir ki, bu açıqlamanı Tramp administrasiyasının yüksək səviyyəli elçisi Stiv Uitkoff CNN telekanalına verib, lakin əsas detallar və Rusiyanın razılaşmaya rəsmi münasibəti hələlik naməlum olaraq qalır.

Xatırladaq ki, Uitkoffun açıqlamaları Ukrayna Prezidenti Volodimir Zelenskinin sabah Ağ Evdə Trampla görüşəcəyi gündən bir gün əvvəl səslənib.

Zelenskinini Tramla göründə çoxsaylı Avropa liderləri müşayiət edəcək və onlar Ağ Evdə Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin təminatı məsələsini müzakirə edəcəklər. Zelenskiy görüş öncəsi təkid edib ki, tam sülh razılaşmasına nail olmaq üçün əvvəlcə Putin Ukraynada qətliamı dayandırmalıdır.

Bu tələbi Trampın son günlərdə mövqeyini dəyişdirməsi ilə əlaqədar verilib. ABŞ Prezidenti artıq atəşkəsin təmin olunması əvəzinə birbaşa sülh razılaşmasının təmin edilməsinə diqqət yetirir.

Uitkoff Trampın Alyaskada əldə etdiyi irəliləyişlərin bu mövqe dəyişikliyinə səbəb olduğunu qeyd edib. Sammit nəticəsində tərəflər arasında mümkün təhlükəsizlik zəmanətləri və sülh imkanları ətrafında danışıqların davam etdiriləcəyi gözlənilir.

Poliqon.info

Seçilən
53
50
poliqon.info

10Mənbələr