"Yuventus" "Nyukasl"ın yarımmüdafiəçisi Sandro Tonalinin transferində maraqlıdır.
Operativ Media xəbər verir ki, bu haqda "Gazzetta dello Sport" məlumat yayıb.
Mənbənin məlumatına görə, İtaliya klubu Morten Hjulmand üzərindən "Sporting" ilə danışıqları yekunlaşdıracaq və diqqətini 25 yaşlı italiyalının alınmasına yönəldəcək.
2024/25 mövsümündə Tonali bütün yarışlarda 45 matçda 6 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun "Nyukasl" ilə müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir.
"Transfermarkt" futbolçunun transfer dəyərini 60 milyon avro qiymətləndirir.