AZ

Rusiya Ukraynanın Nikopol şəhərini atəşə tutub

Rusiya hərbçiləri çərşənbə günü Ukraynanın Dnepropetrovsk vilayətində Nikopol şəhərini atəşə tutub.

Operativ Media xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib.

“Nikopolda iki kişi və bir qadın artilleriya atəşi nəticəsində həlak olub”, -o, Telegram kanalında yazıb.

S. Lısak əlavə edib ki, daha dörd nəfər yaralanıb.

Administrasiya rəhbərinin sözlərinə görə, dəymiş ziyanın həcmi dəqiqləşdirilir.

Seçilən
22
5
operativmedia.az

10Mənbələr