AZ

Rusiya Zaporojyeni atəşə tutub, 2 nəfər ölüb, 12 nəfər yaralanıb

Ukraynanın Zaporojye vilayətinin atəşə tutulması nəticəsində iki nəfər həlak olub, 12 nəfər yaralanıb.

Operativ Media-nın Ukrayna KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə vilayətin Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov bildirib.

"Xəsarət alanların sayı 12-yə çatıb. Yaralılar arasında 4 uşaq var. Beş nəfər ağır və orta vəziyyətdə xəstəxanaya göndərilib", - o, teleqram səhifəsində yazıb.

Qeyd olunur ki, azı 9 bina zərər görüb.

Seçilən
34
7
operativmedia.az

8Mənbələr