RU

Şkendiya Qarabağ : kimi nə qədər azarkeş dəstəkləyəcək?

Qol.az saytına istinadən ain.az xəbər verir.

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində bu gün “Şkendiya”nın (Şimali Makedoniya) qonağı olacaq “Qarabağ”ı stadiondan az sayda azarkeş dəstəkləyəcək.

Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev QOL.az-a açqılamasında deyib ki, Skopyedəki 33 min tamaşaçı tutumuna malik “Todor Proeski” stadionunda keçiriləcək görüşdə 30-a yaxın azərbaycanlı azarkeş olacaq.

Onun sözlərinə görə, matça ümumən 15 minə yaxın azarkeşin gələcəyi gözlənilir.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Komandalar arasında cavab matçı isə avqustun 12-də Bakıda olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
43
2
qol.az

3Источники