Qol.az saytına istinadən ain.az xəbər verir.
UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində bu gün “Şkendiya”nın (Şimali Makedoniya) qonağı olacaq “Qarabağ”ı stadiondan az sayda azarkeş dəstəkləyəcək.
Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev QOL.az-a açqılamasında deyib ki, Skopyedəki 33 min tamaşaçı tutumuna malik “Todor Proeski” stadionunda keçiriləcək görüşdə 30-a yaxın azərbaycanlı azarkeş olacaq.
Onun sözlərinə görə, matça ümumən 15 minə yaxın azarkeşin gələcəyi gözlənilir.
Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Komandalar arasında cavab matçı isə avqustun 12-də Bakıda olacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.