RU

Qəbələdə qəzaya uğrayıb yaralanan turistlərin kimliyi məlum olub FOTO YENİLƏNİB

ain.az bildirir, Apa.az portalına istinadən.

Qəbələdə baş vermiş yol qəzası zamanı xəsarət alanların kimliyi müəyyənləşib.APA-nın Şirvan bürosunun məlumatına görə, hadisə nəticəsində Səudiyyə Ərəbistanı vətəndaşları – 1978-ci il təvəllüdlü Azzah Alharbe, 1973-cü il təvəllüdlü Yehan Alharbe, 2001-ci il təvəllüdlü Shata Almohammadi Abdulsahad, 2008-ci il təvəllüdlü Lana Alharbe və 2004-cü il təvəllüdlü Fares Almoham – müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılardan birinin vəziyyəti ağır qiymətləndirildiyi üçün helikopter vasitəsilə Bakıdakı xəstəxanalardan birinə təxliyə edilib.

***

18:45Qəbələdə əcnəbi turistlər qəzaya uğrayıb.

APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Laza kəndi istiqamətində qeydə alınıb.

İlkin məlumata görə, əcnəbi qadınların idarə etdiyi kvadrosikl başqa bir kvadrosikllə toqquşub.

Hadisə nəticəsində 4 nəfər ağır bədən xəsarətləri alıb.

Təcili tibbi yardım şöbəsinə yerləşdirilən şəxslərə zəruri tibbi yardım göstərilib. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
37
4
apa.az

10Источники