ain.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Səudiyyə Ərəbistanından gələn 5 turist Qəbələ rayonunda qəzaya düşüb.
Axar.az Report-a istinadla xəbər verir ki, hadisə Qəbələnin Laza kəndində baş verib.
Bildirilib ki, kvadrosikllərin toqquşması nəticəsində Səudiyyə Ərəbistanından olan turistlər xəsarət alıb.
Hadisə nəticəsində Səudiyyə Ərəbistanı vətəndaşları - 1978-ci il təvəllüdlü Azzah Alharbe, 1973-cü il təvəllüdlü Yehan Alharbe, 2001-ci il təvəllüdlü Shata Almohammadi Abdulsahad, 2008-ci il təvəllüdlü Lana Alharbe və 2004-cü il təvəllüdlü Fares Almoham - müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılardan birinin vəziyyəti ağır qiymətləndirildiyi üçün helikopter vasitəsilə Bakıdakı xəstəxanalardan birinə təxliyə edilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.