Qəbələdə əcnəbi turistlər qəzaya uğrayıb.
“Qafqazinfo” Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Laza kəndi istiqamətində qeydə alınıb.
İlkin məlumata görə, əcnəbi qadınların idarə etdiyi kvadrosikl başqa bir kvadrosikllə toqquşub.
Hadisə nəticəsində 4 nəfər ağır bədən xəsarətləri alıb.
Təcili tibbi yardım şöbəsinə yerləşdirilən şəxslərə zəruri tibbi yardım göstərilib. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
***
Qəbələdə baş vermiş qəza zamanı xəsarət alan şəxslərin kimliyi məlum olub.
Hadisə nəticəsində Səudiyyə Ərəbistanı vətəndaşları 1978-ci il təvəllüdlü Azzah Alharbe, 1973-cü il təvəllüdlü Yehan Alharbe, 2001-ci il təvəllüdlü Shata Almohammadi Abdulsahad, 2008-ci il təvəllüdlü Lana Alharbe və 2004-cü il təvəllüdlü Fares Almoham müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılardan birinin vəziyyəti ağır olduğundan helikopter vasitəsi ilə Bakı şəhər xəstəxanalarından birinə təxliyə olunub.
Mübariz Muradov
