RU

Qəbələdə xəsarət alan ərəb helikopterlə Bakıya aparıldı

Səudiyyə Ərəbistanından gələn dörd turist Qəbələ rayonunda qəzaya düşüb.

 

Sfera.az xəbər verir ki, hadisə Qəbələnin Laza kəndində baş verib.

 

Bildirilib ki, kvadrosikllərin toqquşması nəticəsində Səudiyyə Ərəbistanından olan dörd turist – üç qadın, bir kişi) xəsarət alıb.

 

Hadisə nəticəsində Səudiyyə Ərəbistanı vətəndaşları - 1978-ci il təvəllüdlü Azzah Alharbe, 1973-cü il təvəllüdlü Yehan Alharbe, 2001-ci il təvəllüdlü Shata Almohammadi Abdulsahad, 2008-ci il təvəllüdlü Lana Alharbe və 2004-cü il təvəllüdlü Fares Almoham - müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Yaralılardan birinin vəziyyəti ağır qiymətləndirildiyi üçün helikopter vasitəsilə Bakıdakı xəstəxanalardan birinə təxliyə edilib.

 

Избранный
36
3
sfera.az

10Источники