UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.
AZƏRTAC xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə “Qarabağ”ın da potensial rəqibləri bəlli olub.
Ağdam təmsilçisi III raundda Şimali Makedoniyanın “Şkendiya” klubunu məğlub edəcəyi təqdirdə, pley-off mərhələsində “Ludoqorets” (Bolqarıstan) – “Ferensvaroş” (Macarıstan) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları avqustun 19-20-də, cavab matçları isə 26-27-də keçiriləcək.