Lənkəran şəhər sakini Serbiyada faciəli şəkildə ölüb.
Sitat.info xəbər verir ki, 1998-ci il təvəllüdlü Həsən Mənsubov işləmək məqsədilə Serbiya Respublikasına gedib.
Bir neçə gün əvvəl o, yaşadığı binanın 7-ci mərtəbəsindən yıxılıb. Ağır bədən xəsarətləri alan H.Mənsubov dərhal xəstəxanaya yerləşdirilib və komaya düşüb. Dörd gün komada qalan gəncin həyatını xilas etmək mümkün olmayıb və o, aldığı xəsarətlərdən vəfat edib.
Bildirilib ki, mərhumun meyiti bu gün Lənkərana gətirilərək dəfn olunacaq.
Qeyd edək ki, Həsən Mənsubov ağır atletika (bodybuilding) ilə məşğul olub.