RU

Astarada 55 yaşlı qadın qətlə yetirilib, gəlin şübhəli bilinir

Astarada qadın qətlə yetirilib.

Tribunainfo.az xəbər verir ki, “Report”un əldə etdiyi xəbərə görə, hadisə rayonun Kakolos kəndində gecə saatlarında baş verib.

Belə ki, 1970-ci il təvəllüdlü Xalidə Manafova çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən qadının gəlini, 2004-cü il təvəllüdlü Ruhanə İmanovanın yeri müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı Astara rayon Prokurorluğunda araşdırma aparılır.

Hadisəni törətməkdə şübhəli bilinən Ruhanə İmanovanın iki uşağı var.

Избранный
5
18
tribunainfo.az

10Источники