AZ

Astarada 55 yaşlı qadın qətlə yetirilib

Astarada qadın qətlə yetirilib.

"Report"un əldə etdiyi xəbərə görə, hadisə rayonun Kakolos kəndində gecə saatlarında baş verib.

Belə ki, 1970-ci il təvəllüdlü Xalidə Manafova çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən qadının gəlini, 2004-cü il təvəllüdlü Ruhanə İmanovanın yeri müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı Astara rayon Prokurorluğunda araşdırma aparılır.

Hadisəni törətməkdə şübhəli bilinən Ruhanə İmanovanın iki uşağı var.

"Cebheinfo.az" 

Seçilən
77
23
cebheinfo.az

10Mənbələr