AZ

Astarada 55 yaşlı qadın öldürüldü - 21 yaşlı gəlini tutuldu

Astarada qadın qətlə yetirilib.

Azreform.info -ın "Report"a istinadən xəbərinə görə, hadisə rayonun Kakolos kəndində gecə saatlarında baş verib.

Belə ki, 1970-ci il təvəllüdlü Xalidə Manafova çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən qadının gəlini, 2004-cü il təvəllüdlü Ruhanə İmanovanın yeri müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı Astara rayon Prokurorluğunda araşdırma aparılır.

Hadisəni törətməkdə şübhəli bilinən Ruhanə İmanovanın iki uşağı var.

Seçilən
75
23
azreform.info

10Mənbələr