Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Bakı və Gəncə şəhərlərində liftdə qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 4 xilasetmə əməliyyatı keçirilib.
Bu barədə Publika.az-a qurumun Mətbuat xidmətindən bildirilib.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2-si uşaq olmaqla 8 nəfərə müvafiq köməklik göstərilib.