RU

Mask: Tesla-nın yeni nəsil çiplərini Samsung istehsal edəcək

Texasda tikilən yeni zavod süni intellekt üçün AI6 çiplərini istehsal edəcək...

Poliqon xəbər verir, amerikalı iş adamı və SpaceX şirkətinin rəhbəri İlon Mask, elektrikli avtomobil istehsalçısı Tesla üçün yeni nəsil süni intellekt çiplərinin hazırlanmasında Cənubi Koreyanın Samsung şirkətinin kömək edəcəyini açıqlayıb. O, bu barədə sosial şəbəkə X-də paylaşım edib.

“Növbəti nəsil AI6 çiplərinin istehsalı üçün Tesla-nın istifadə edəcəyi Samsung-un Texasdakı yeni zavodu tikilir”, – deyə Mask bildirib.

Bundan əvvəl CNBC-yə verdiyi müsahibədə Mask qeyd edib ki, 2026-cı ilin ortalarına qədər süni intellekt sənayesinin inkişafında əsas maneə çip çatışmazlığı deyil, enerji güclərinin məhdudluğu olacaq.

Maskın təsis etdiyi xAI startapı AMD, Nvidia və digər şirkətlərin istehsalı olan bir milyondan çox süni intellekt çipi almağı planlaşdırır. Onun sözlərinə görə, hazırda sənayenin böyüməsini çip qıtlığı ləngidir, lakin gələn ilin ortalarına doğru əsas problem elektrik enerjisinin əlçatanlığı olacaq.

Qlobal vəziyyəti şərh edən Mask əlavə edib ki, Çin elektrik enerjisi istehsalını genişləndirməyə ABŞ-dan daha çox sərmayə yatırsa da, innovasiya baxımından ABŞ üstünlük təşkil edir.

Poliqon.info

Избранный
38
10
poliqon.info

10Источники