AZ

Çin sanksiyalara baxmayaraq, son üç ayda $1 milyardlıq “Nvidia” çiplərini alıb

ABŞ prezidenti Donald Trampın çip ixracına nəzarəti gücləndirdiyi üç ay ərzində ən azı 1 milyard dollar dəyərində “Nvidia”nın qabaqcıl süni intellekt prosessorları Çinə göndərilib, “Financial Times” yazır.

FT-yə görə, “Nvidia”nın B200 çipləri Çinin inkişaf edən qara bazarında ən çox axtarılanlardan olub. Bu prosessorlardan ən son süni intellekt sistemlərini hazırlamaq üçün “OpenAI”, “Google” və “Meta” kimi texnologiya nəhəngləri fəal şəkildə istifadə edir. Qeyd edək ki, ABŞ Çinə çip satışını qadağan edib.

İyulun ortalarında “The Wall Street Journal” Tramp administrasiyasının rəsmilərinin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milyardlarla dollar dəyərində “Nvidia”nın qabaqcıl süni intellekt çiplərini “milli təhlükəsizlik səbəbi ilə” almasına dair razılaşmanın yekunlaşmasına mane olduğunu yazıb. ABŞ-BƏƏ danışıqları Vaşinqtonun Çinə mümkün texnologiya sızması ilə bağlı narahatlıqlarına görə dalana dirənib.

Seçilən
103
10
banker.az

10Mənbələr