RU

Goranboyda ildırım nəticəsində meşədə başlayan yanğın söndürülüb - YENİLƏNİB

Goranboy rayonunun Yal Taxıl adlanan meşəlik ərazisinə ildırım düşməsi nəticəsində baş verən yanğın söndürülüb.

APA-nın yerli bürosunun məlumatına görə, FHN əməkdaşları yanğının qarşısını alıblar.

***

22:51

Goranboy rayonunun Yal Taxıl adlanan meşəlik ərazisinə ildırım düşməsi nəticəsində yanğın baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə zamanı ərazidə quru ot və ağaclıq ərazi alovlanıb.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür.

Избранный
26
9
apa.az

10Источники