Goranboy rayonunun Yal Taxıl adlanan meşəlik ərazisinə ildırım düşməsi nəticəsində baş verən yanğın söndürülüb.
"Cebheinfo.az" xəbər verir ki, FHN əməkdaşları yanğının qarşısını alıblar.
22:51
Goranboy rayonunun Yal Taxıl adlanan meşəlik ərazisinə ildırım düşməsi nəticəsində yanğın baş verib.
Hadisə zamanı ərazidə quru ot və ağaclıq ərazi alovlanıb.
Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.
Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür.
"Cebheinfo.az"