RU

“Fənərbağça” “Mançester Siti”nin qapıçısı üçün danışıqlara BAŞLADI

"Mançester Siti"nin qapıçısı Ştefan Orteqa kaaryerasını Türkiyədə davam etdirməyə yaxındır.

Bizim.Media xəbər verir ki, "Fənərbağça" almaniyalı qolkiperi transfer etmək istəyir. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

İstanbul nəhəngi Orteqa üçün "Mançester Siti" ilə danışıqlara başlayıb. 32 yaşlı "əlcək sahibi" ilə İngiltərədən də 3 klub maraqlanır.

Qeyd edək ki, Ştefan Orteqa 2022-ci ilin yayından "Mançester Siti"də çıxış edir. Almaniya millisinin sabiq üzvü ötən mövsüm Premyer Liqa təmsilçisinin heyətində 22 rəsmi matçda meydana çıxıb

Rəşad Rafiqoğlu, Bizim.Media

Избранный
61
6
bizim.media

10Источники