AZ

"Mançester Siti" köhnə qapıçısını geri qaytardı

İngiltərənin “Mançester Siti” klubu qapıçı James Trafford ilə yenidən müqavilə imzalayıb.

Fanat.Az xəbər verir ki, 21 yaşlı futbolçu 27 milyon funt sterlinq qarşılığında “Etihad” klubuna qayıdıb. 

Bu barədə məlumatı "The Guardian" nəşri yayıb.

“The Guardian”ın məlumatına əsasən, Trafford artıq tibbi müayinədən keçib və “Mançester Siti” ilə 5 illik müqavilə imzalayıb. Klub rəhbərliyi onu gələcək üçün əsas qapıçı namizədi kimi görür.

Qeyd edək ki, Trafford-un xidmətində maraqlı olan klublar arasında “Nyukasl Yunayted” də var idi. Lakin futbolçunun istəyi əvvəlki klubu “Siti”yə qayıtmaq olub.

Kamil Xudiyev

Seçilən
17
6
fanat.az

10Mənbələr