AZ

Dünyaca məşhur qapıçı Fənərbağça da FOTO

Milli.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Super Liqa təmsilçisi "Fənərbağça" İngiltərənin "Mançester Siti" klubundan qapıçı Stefan Orteqanın transferi üçün danışıqlara başlayıb.

Milli.Az xəbər verir ki, bu barədə "Sky" telekanalı məlumat yayıb. Bildirilib ki, İstanbul klubu 32 yaşlı qapıçı üçün konkret addımlar atır. Orteqanın yay transfer pəncərəsində klubdan ayrılması gözlənilir.

"Mançester Siti" növbəti mövsümdə Edersonu heyətdə saxlamağı planlaşdırır və əlavə olaraq James Traffordun transferi ilə qapı xəttini gücləndirməyə çalışır. Bu səbəbdən Orteqanın komandada gələcək mövqeyi sual altındadır.

Almaniyalı qapıçının "Burnley"ə keçidi baş tutmayıb və hal-hazırda onunla üç Premyer Liqa klubu da maraqlanır. Transferin reallaşacağı təqdirdə "Fənərbağça" qapı xəttinə güclü bir əlavə etmiş olacaq.

Qeyd edək ki, Stefan Orteqanın bazar dəyəri hazırda 8 milyon avro olaraq qiymətləndirilir. Onun "Mançester Siti" ilə müqaviləsi 2026-cı ilin yayında başa çatır.

Fidan

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
1
news.milli.az

10Mənbələr