Goranboyda iki nəfəri qətlə yetirən şəxs saxlanılıb.
APA-nın yerli bürosunun məlumatına görə Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 15 yaşlı S. Abdullayev saxlanılaraq istintaqa təhvil verilib.
***
02:13
Goranboyda qətl hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə Goranboy şəhərinin Mirzə Fətəli Axundov küçəsində qeydə alınıb.
Belə ki, iki qadın; L. İsmayılova və onun anası T. İsmayılova bıçaqlanaraq qətlə yetirilib.
Hadisəni L. İsmayılovanın oğlunun törədiyi bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.