Milli.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Rusiyada 15 yaşlı oğlan qızı tavayla döyərək öldürüb.
Milli.Az xəbər verir ki, hadisə Bryanskda, Rodnikovaya küçəsindəki fərdi yaşayış evlərinin birinin yaxınlığında baş verib.
Rusiya İstintaq Komitəsinin bölgə idarəsindən verilən məlumata görə 15 yaşlı oğlan sevgilisi ilə mübahisə etdikdən sonra onu mətbəx əşyaları ilə döyüb. Qız ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Yeniyetmə Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi (qəsdən adamöldürmə) ilə təqsirləndirilir və barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. Hadisə ilə bağlı bir neçə məhkəmə-tibbi ekspertizası təyin olunub.
Qeyd edək ki, bir müddət əvvəl Pskovda da qadının rəfiqəsinə qarşı həyata keçirdiyi qətl hadisəsi ilə bağlı məhkəmə iclası təyin olunmuşdu.
Milli.Az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.