Füzuli rayonu, Yuxarı Yağlıvənd kəndi yaxınlığında dağlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yayılmasının qarşısı alınaraq nəzarətə götürülüb.
Bu barədə Demokrat.az-a Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.