AZ

Füzulidə dağlıq ərazidə yanğın nəzarətə götürülüb

Füzuli rayonu, Yuxarı Yağlıvənd kəndi yaxınlığında dağlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yayılmasının qarşısı alınaraq nəzarətə götürülüb.

Bu barədə Demokrat.az-a Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir. 

Seçilən
72
21
demokrat.az

2Mənbələr