RU

İsrailə sarsıdıcı zərbə endirməyə hazırıq - İran Prezidenti

BAKI, TurkicWorld

İran Prezidenti Məsud Pezeşkian ölkəsinin İsrailin dərinliklərinə qarşı yeni hücumlara hazır olduğunu bildirib.

TurkicWorld xəbər verir ki, bu barədə Iran rəsmisi “Əl-Əlam” telekanalına müsahibəsində deyib.

“Biz müharibə istəmirik, amma atəşkəsə də tam etibar etmirik.”-deyə İran rəsmi “Əl-Əlam” telekanalına müsahibəsində deyib.

O qeyd edib ki, İsrail öz itkilərini gizlətmək məcburiyyətində qaldı.

“İsrail İrana hücumlar təşkil etdi, biz isə onun dərinliklərini güclü şəkildə vurduq. Onlar bu itkiləri gizlətməyə məcbur qaldılar.”-deyə o əlavə edib.

Pezeşkianın açıqlaması, İsrailin müdafiə naziri Yisrael Katsın dünən verdiyi bəyanatdan dərhal sonra səslənib. Müdafiə naziri, İsrailin Baş Qərargah rəisi də daxil olmaqla yüksək rütbəli hərbi rəhbərlərlə keçirdiyi təhlükəsizlik müşavirəsində, İrana qarşı hücumların yenidən başlaya biləcəyi ehtimalını istisna etməyib.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək rütbəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər həlak olub. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas çağırılmasını istəyib.

Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Doğru vəd III" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.

ABŞ isə münaqişənin gərginləşməsindən doqquz gün sonra – 22 iyun gecəsi İrandakı üç nüvə obyektinə hücum etməklə münaqişəyə qoşulub. 23 iyun axşamı İran ABŞ-ın Qətərdə yerləşən və Yaxın Şərqin ən böyük Amerika bazası olan Əl-Udeyd bazasına raket zərbəsi endirib. ABŞ hakimiyyət orqanlarının verdiyi məlumata görə, hücum nəticəsində itki və ya ciddi dağıntı qeydə alınmayıb.

İyunun 24-də ABŞ prezidenti Donald Tramp İsrail və İranın tam atəşkəsin qüvvəyə mindiyini bəyan edib. İsrail tərəfi də ABŞ-ın atəşkəs təklifini qəbul etdiyini və qarşıya qoyulan bütün məqsədlərə nail olunduğunu bildirib.

Избранный
57
9
turkic.world

10Источники