AZ

İsrail ordusu  Qəzzaya böyük hücuma başlayır -Baş Qərargah rəisi  təsdiqlədi

İsrail Müdafiə Ordusunun (CƏŞ – TsAXAL) Baş Qərargah rəisi Eyal Zamir Qəzza zolağında həyata keçiriləcək hücum əməliyyatının əsas konsepsiyasını təsdiqləyib. Vətəninfo.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Baş Qərargah rəisi Eyal Zamir bu gün keçirdiyi müşavirədə TsAXAL-ın Qəzza zolağında fəaliyyət planının əsas konsepsiyasını təsdiqlədi”, – deyə açıqlamada bildirilib.

Müşavirədə İsrailin Daxili Təhlükəsizlik Xidməti ŞABAK-ın nümayəndələri və digər yüksək rütbəli komandirlər də iştirak ediblər.

Qeyd olunur ki, iclas zamanı ordunun əməliyyat planları, o cümlədən çərşənbə axşamı Qəzza şəhərinin Zeytun rayonuna edilən hücum da müzakirə olunub.

Seçilən
15
9
veteninfo.az

10Mənbələr