RU

Rusiya-Ukrayna müharibəsi bu həftə bitəcək?

Rusiya və Ukrayna arasında növbəti danışıqlar mərhələsinin bu həftə İstanbulda keçirilməsi planlaşdırılır. Görüşün iyulun 23-ü və ya 24-də baş tutacağı ehtimal olunur. Bəs danışıqlar münaqişənin həllinə necə təsir edə bilər? Müharibənin yaxın zamanda yekunlaşması gözlənilir? Konfliktoloq Elman Vəliyev Metbuat.az-a açıqlamasında iki ölkə arasındakı münasibətlərdə irəliləyiş olacağına inanmadığını bildirib. Onun sözlərinə görə, Qərb Rusiyaya qarşı yeni sanksiya paketləri hazırlayıb: “Yəni Ukraynaya hələ də dəstək var. Düzdür, Türkiyə ev sahibliyi, vasitəçilik edir, amma burada əsas fiqur rolunda çıxış etmir. Əsas fiqur Amerikadır”. “Ukraynaya yardımlar kəsilməyə doğru getdikdə müharibə səngiyəcək, yoxsa hələ alova benzin tökən çoxdur”, - deyə E.Vəliyev qeyd edib.

Sevinc İbrahimzadə / Metbuat.az

Избранный
56
38
metbuat.az

10Источники