RU

"Dronlar döyüşü: Ukraynanın Hava Hücumundan Müdafiə cəbhəsi" - "Financial Times"

"Shahed"lərlə dolu səma və Ukraynanın yeni taktikaları"

Rusiya ordusunun son aylarda dron hücumlarını intensivləşdirməsi Ukrayna üçün ciddi təhlükəyə çevrilib.

Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb.

Nəşr yazır ki, Ukraynanın hava hücumundan müdafiə sistemi getdikcə daha ağır sınaqlarla üzləşir. Son məlumatlara görə, aprel-iyun aylarında Rusiyadan buraxılan pilotsuz uçuş aparatlarının (PUA) 15 faizi Ukrayna səmasını yararaq hədəflərinə çata bilib. Bu, əvvəlki dövrlə müqayisədə üç dəfə artım deməkdir.

Rusiya yalnız dronların sayını artırmaqla kifayətlənmir, həm də onları texniki baxımdan təkmilləşdirir. Yeni modifikasiya edilmiş "Shahed"lər, xüsusən də "Geran-3" daha sürətli və uzun məsafəli uçuş qabiliyyətinə malikdir. 800 km/saat sürətə çatan bu aparatlar artıq daha yüksəkdən və daha effektli hücum edir. Bu da Ukraynanın hava hücumundan müdafiəsini çətinləşdirir.

Ukraynanın müdafiə cavabları: dronlara qarşı dronlar

Ukrayna tərəfi isə cavab axtarışındadır. Hərbi ekspertlər və rəsmi şəxslər yeni strategiyaların hazırlanmasında fəaldır. Ukrayna Hərbi Hava Qüvvələrinin nümayəndəsi Yuri İqnat bildirib ki, ölkə yalnız dron-"perexvatçık"lərə (dronları ələ keçirən) güvənməməlidir: "Bu vasitələr müəyyən obyektləri və şəhərləri qorumağa qadirdir, lakin təkcə onlara bel bağlamaq düzgün olmazdı".

İqnat qeyd edir ki, bu sistemlər Ukrayna Silahlı Qüvvələrinin müxtəlif strukturlarında inkişaf etdirilir və onların fəaliyyət radiusu məhduddur - maksimum bir neçə on kilometrlə məhdudlaşır. Ona görə də bu texnologiyanı "kütləvi şəkildə yaymaq" anlayışı Ukraynanın ərazisinin böyüklüyü ilə birgə düşünülməlidir. Eyni zamanda mobil atəş qrupları və digər kiçik hava müdafiə sistemləri də paralel olaraq fəaliyyət göstərir.

Prezident Zelenski isə bu yaxınlarda bəyan edib ki, artıq yerli istehsal olan "perexvatçk" - dronlar vasitəsilə onlarca "Shahed" zərərsizləşdirilib. ABŞ-ın  "Swift Beat" şirkəti ilə yüz minlərlə dronun birgə istehsalına dair razılaşma da bu istiqamətdə atılmış əhəmiyyətli addımdır.

Rusiya tərəfinin psixoloji taktikası və təbliğat oyunu

Bununla yanaşı, Rusiya yalnız texniki imkanlarla yox, informasiya müharibəsi ilə də hücum edir. Almaniya Müdafiə Nazirliyinin generalı Kristian Froydinq Rusiyanın gündə 2 min "Shahed" buraxa biləcəyini söylədikdən dərhal sonra Rusiyanın "Zvezda" telekanalı Yelabugadakı dron istehsal zavodundan əvvəlcədən hazırlanmış görüntüləri yayımlayaraq özünün "zərbə gücünü" nümayiş etdirməyə çalışıb. 

Yuri İqnat bu cür informasiyalara ehtiyatla yanaşmağı və təxribatlara aldanmamağı tövsiyə edir.Ekspertlərin fikrincə, Ukraynanın əsas cavabı  Rusiyanın arxa cəbhəsində yerləşən istehsal obyektlərinə dəqiq və güclü zərbələr endirməkdir. General-leytenant İqor Romanenko bu təklifi irəli sürərək bildirir ki, hücumun qarşısını almağın ən effektiv yolu elə həmin hücum mənbələrini sıradan çıxarmaqdır.

Hava cəbhəsində qərarlılıq və koordinasiya şərtdir

Ukrayna üçün qarşıdan gələn aylar hava hücumundan müdafiə sahəsində həm texnoloji, həm də taktiki baxımdan yeni mərhələ olacaq. Dron- "perexvatçıiklər" radioelektron mübarizə vasitələri, müasir zenit sistemləri və xarici tərəfdaşlarla əməkdaşlıq sayəsində ölkə səmasını qorumağa çalışır. Amma bu mübarizənin tək yolu texnologiya deyil, strateji düşüncə, koordinasiya və cəmiyyətin informasiya qarşısındakı dayanıqlılığı da həlledici rol oynayır.

Избранный
38
18
moderator.az

10Источники