RU

Etiraf

Şahin bir-iki pilləkən  düşüb  dayandı. Ətrafa göz  gəzdirdi. Həmişə fəxr etdiyi, gül -gülü  çağıran həmin  həyət- baca idi. Hər  yer  gözünə sönük , rəngsiz  göründü. Quşlar yenə  də oxuyurdu.  Ona  elə  gəldi  ki, quşların  səsində həzin  bir  hüzn duyulur. Ömründə  ilk dəfə  bu səs  onu  kədərləndirdi.  Bir göz qirpımında düşdüyü pilləkənləri ayağını  sürüyə- sürüyə  düşdü. Həkimin səsi qulağına gəlirdi:XƏRÇƏNG! Ümidedəçək  bir şey yox idi.  Hər sözü  nöqtəsinə  qədər eşitmişdi.Son  günlərini  yaşayırdı. Ağ ciyər xərçənginin  dəmir adlı   çox nadir hallarda  təsadüf  edilən, ürəyə tümür atmış  növü. Demək  bu  cənnət  məkanı  xatırladan  ev- eşiyi  ilə  tezliklə  vidaşmalı  idi. Halbuki boyük planları ,əlində  yarımçıq   qalan işləri var  idi.  Başını  qaldırıb  pəncərəyə baxdı. Evdə onun  xəstəliyi  haqqında bilən  yox idi.  Axşamkı söhbətləri yuxu kimi xatırladı.Dəyirmi masanın  ətrafına  toplaşıb  şirin söhbət edirdilər. Bu  günə hamının  yeni  planı  var idi.  Fəxriyyə özünə  ad  günü  keçirməkdən , uşaqlar  isə  xaricə  getməkdən  bəhs  edirdi.  Əslində  Şahin  onları  eşitmirdi.   Fikri yarımçıq  qalmış işlərinin  yanında  idi.  Qəlbinə  kədər  çökmüşdü.    Xəstə olduğunu  ailəsinə bildirmək   istəmirdi.   Gözünü pəncərədən çəkdi. Həmişə ruhunu oxşayan  həzin  mehin , xəfifcə   tərpətdiyi  ağaclar  onunla  vidalaşdığını  düşünürdü.   Çərgə ilə düzülüb sanki  əl yelləyirdilər.Könülsüz maşına minib   işə  getdi.  Ofisə girib otağına  keçdi. İlahi bu nə   soyuqluq  idi?!   Divarlara sanki  buz çökmüşdü.Katibəni  çağırıb  çay  istəmək istəsə  də,fikrindən  vaz  keçdi.İştahası  yox  idi, boğazı  tikilmişdi. Tələsik sənədləri  ortaya  tökdü.  Görüləcək bank , sığorta,  vergi işləri  var  idi. İndiyədək bu  işlərlə  İşcilər  məşğul  olsa  da ,hər  şeyə özü  nəzarət  edirdi . İndi bu  nəzarət işini  böyük oğlu  Turala  havalə  etmək  haqqında  düşündü.   Onun  adı  işdə  olsa  da , demək  olar  ki,  işə  ayda  bir  dəfə  gəlirdi.  Sənədləri  vərəqləyib , Turala  zəng etdi.Uzun zəngdən  sonra  oğlan  telefonu  açıb  yuxulu- yuxulu mızıldadı:

Ata , nə olub,   niyə qoymursan  yataq?

Şahin səsindəki  kədəri  gizlətməyə çalışaraq  dedi:

 Tez  ofisə  gəl,  vaçib  işlər  var.

 Tural  atasının  sözünün  arxasını  dinləmədən, mənim  işim var,-deyib telefonu qapatdı.  Şahin  masanın  üzəindəki qovluqları bir  kənara  edib, siyirmədən  başqa  qovluq  götürdü. Eybi  yoxdur hələlik  Turala aid  olan  işlər qalsın , Raufu cağırım ,- deyə  düşündü.  Şahinə  görə  Rauf kiçik  olsa da Turaldan  məhsuliyyəti idi.  Şirkətin  tikinti-təmir  üzrə müdiri   idi .Düzdür   Raufun  nə tikintidən ,nə də  təmirdən xəbəri  yox  idi.   Onun işləri ilə də  Şahin  özü  məşğul  olurdu.  Sadəcə  vaxtaşırı  gəlib  sənətlərə  imza  atır , ya  da  atasının   göndərdiyi  yerlərə  gedirdi. Şahin  durmadan  Raufa   zəng etməyə başladı.  Oğlanın  telefonu  qapalı idi.   Bu  vaxtlar oğlunun  idmanda olduğunu  düşünüb, ayağa  qalxdı. Şirkəti  gəzməyə  başladı.  Hər şey  gözünə  qara dumana  bürünmüş  kimi görünürdü.  Minbir  zəhmətlə  qurub-  yaratdığı şirkət  sanki suyu  soğulmuş dəyirmana  dönmüşdü. Əslində  hər şey  həmişəki  kimi idi . Telefunu  susmurdu. Hər  yerdən  sifarişçilər , şəriklər  zəng  edib nələrsə,-  deyrdi.  O, isə  xəstə  olduğunu , son  günlərini   yaşadığını   evdə necə   deyəçəyi  haqda düşünürdü.   İndiyə  qədər  Fəxriyəni , nə  də  oğlanlarını  narahat edən   bir  şey  haqqda  danışmamışdı. Gecə - gündüz  zəhmət  çəkib işləmişdi.Oğlanlarına  bahalı maşın,şəhərin  bir  neçə  yerində  ev, bağ  almışdı.  Həvəslə  onların  toyunu  gözləyirdi.  Hər ikisinin gözaltısı  var idi.   Bir ata kimi özü  ilə   fəxr edirdi. Şahin öz atasını  çox  sevirdi, amma   ata kimi ona bənzəməməyə çalışırdı.Ürəyinin  dərinliyində atasını  qınayırdı.  Çox tələbkar ,hətta sərt  adam olduğunu  düşünürdü. Bir  an o  illərə  qayıtdı.  Kişi sanki əsgər  yetişdirirdi.  Hər səhər ay uşaq, “Günəş  dağı aşdı “ qalxın,-deyib haray salırdı.  Əlaçı  olmasına  baxmayaraq ,əkinə- bicinə, həyət – bacaya , mal –qaraya , özündən kiçik bacı- qardaşının  dərsinə , davranışına  nəzarət etməli  idi.  Kişinin tələbi bitib  qurtarmaq bilmirdi. Şahinə  ən pis  təsir  edən hadisəni  xatırladı.  Qırmızı diplomla İnstitutu  bitirib  gəlmişdi. Atasının  tələbəsi  olmuş caxır  zavodunun  müdiri institutu  əla  qiymətlə  bitirmiş  bu  zirək oğlanı  görəndə  İsmayıl  müəllim , Şahinə yaxşı iş   verəcəm  demişdi. Atası   sevinmək əvəzinə kəskinliklə  yox , -demişdi.  Ali  təhsilli oğlunu zavodun ən aşağı işində işləməyə  məcbur  etmişdi.    O, pillə - pillə yüksəlmişdi. Bəlkə  də  elə ona  görə zavodun necə  deyərlər  hər  xırda işinə bələd idi. Bütün bu cətinliklərə   rəqmən  atasından ona   bir  quş damı ya da bir  velosiped qalmamışdı .  Bütün  evləri, şirkətini ,maşınları  öz  əlinin  zəhməti  ilə  almışdı.Düşündükcə  özü ilə  qürur  duydu. Bir an  son günlərini  yaşadığını  xatırlayıb məyus  oldu.   Həkim açıq -aydın  ümid  yeri yoxdur , demişdi. İşləri  tezliklə  oğlanlarına  tapşırmağı düşünüb yenidən  hər  ikisinə  dalbadal zəng  etdi.   Lakin  bütün  cəhdlərinə  baxmayaraq  iki oğlundan  birini  şirkətə  gətirə  bilmədi.  Bu cəhd  günlərlə, həftələrlə  davam  etdi.  Xəstəlik  kişini  üstələyirdi. İlk  günlər  oğlanlarının  doğrudan  da  başlarının  qarışıq  olduğunu  düşünürdü. Onlar  gündə bir  bahənə  gətirir, Şahin də inanırdı. Sonda   bu  iki  qardaşın  işə  tam  yararsız  olduğunu anlamağa  başladı. Keyfini pozmaq istəmədiyi oğlanlarına bir  neçə  həftə  burada  olmayacağını ,- dedi. Əvvəl  Turalı  sonra  Raufu  özü  ilə  məcburi  işə gətirdi.. Qovluqlqrı  ortaya  töküb  mat qaldı.   Heç birinin  anladığı  bir  şey yox  idi. Turalın  gözü saatda qalmışdı. Demək olar ki, atasını dinləmirdi. Rauf açıq – aydın  ata, mənim  bu  işlərdən  başım  çıxmır,-  dedi.  Şahini  dərd  götürmüşdü.  Uşaqlarının  xətrinə dəymək  istəmirdi. Özünü toplayıb yavaş - yavaş  xəstə olduğunu , işlərə  kiminsə  sahib  çıxmalı  olduğunu  anlatdı . lakin  gözlədiyinin  əksinə  tam  başqa mənzərə ilə üzbəüz  qaldı. Hər  kəs  sadəcə sahiblənmək istəyirdi  Mal -mülk  bölgüsü  zamanı aralarında  çanlanma  əmələ  gəlirdi. Tural hər addım  başı qiymət öyrənməyə  çalışırdı. Onu  hansı mülkün daha baha qiymətə satılaçağı  maraqlandırirdi . Raufun isə  burada , şirkətdə atası ilə keçirdiyi  “boş – boş” zamana  heyfi gəlirdi. İşləmək,  ya da işləri idarə etməyi öyrənmək  heç kimin ağlının uçundan  keçmirdi. Çünki  heç birinin  işə  -gücə  vaxt ayırmaq  fikri  yox idi.  Onları əylənçə yerləri, qız ünvanları, maşın  markaları ,xarici ölkələrin istirahət zonaları,  bədən  şəkilləndirmək  üçün idman  və qumar zallarının adları maraqlandırırdı.

 Aradan bir – iki ay da ötdü,ağrıları  artmışdı.  Önsuz  da  zamanı yox  idi. Xəstəlik şişin  növündən aslı olaraq   sürətlə  irəliləyirdi.  Demək olar ki  tam əldən  düşmüşdü.  Bu az  zaman  müddətində  oğlanlarını  işə  cəldb edə bilmədi.  Düzdür xəstəliyinin ölümçül olduğunu deməmişdi. Öyrənmək  heç  vaxt  geç deyil ,-deyib yalvar  yaxar etmişdi.   Lakin bütün cabaları  boşa  getmişdi.  Bu  səhər işə lap erkən  gəlmişdi. Şirkətdə oturub başını  əllərinin arasına  alıb düşünürdü. Uzun fikirdən sonra  bu qərara  gəldi ki , bütün bu illər boyu qurub  yaratdığı  hər şey evlər, bağlar, maşınlar ,şirkət  çəmi  bir -iki ilə satılaçaq .Hətta gözünün önünə şirkətin qapısına  vurulmuş SATILIR sözü  gəldi. Oğlanlarına  hər gün  bir  neçə  dəfə təkrarladığı  “ siz artıq özünüzə  güvənməlisiniz” sözünün mənasız  olduğu  anlayıb ayağa  durdu.Dönüb kabinetinə  baxdı. Gözünə  yenə də hər yer kədərli və rəngsiz  göründü.   Bir saatdan sonra atasının  qəbrinin  önündə  dayanmışdı.   Kişiyə sözü  var  idi.   Axır bir  həftəyə yaxın  ürəyində  düşündüyü  fikirləri atasına  etiraf etməyə  gəlmişdi. Əlli ilə  yaxın idi ki ,atasının ona  heç bir sərvət qoymadığını  düşünmüşdü. Son  günlər   nə böyük səhv etdiyini anladı.  Sən  demə kişi ona savad, zəhmət , səriştə, baçarıq , dözm kimi  qiymətli  sərvət qoyubmuş . Özü də  bu  sərvəti  Şahinə illərlə, böyük çətinliklə  toplatmışdı. Şahin  mən  oğlanlarıma  sərvət qoymuşam  dediyi  hər şeyə  görə əslində atasına   borclu  imiş.  Qəti qərara gəldi ki, insanın həyatında ən çətin  iş övladına düzgün tərbiyyə verməkdir. Çox məyuz  oldu. Bu dünyada  iki vecsiz oğul qoyub gedirdi.Yenə  gözünü  önündə  bütün əmlaklarının önünə  yazılmış  SATILIR.  elanını  gətirib ,ata mən  övladlarıma  heç bir sərvət  qoymadan bu dünyadan  köcürəm , -deyə pıçıldadı.

Dərya (Nailə)Qılıc

Избранный
8
21
moderator.az

10Источники