Şahin bir-iki pilləkən düşüb dayandı. Ətrafa göz gəzdirdi. Həmişə fəxr etdiyi, gül -gülü çağıran həmin həyət- baca idi. Hər yer gözünə sönük , rəngsiz göründü. Quşlar yenə də oxuyurdu. Ona elə gəldi ki, quşların səsində həzin bir hüzn duyulur. Ömründə ilk dəfə bu səs onu kədərləndirdi. Bir göz qirpımında düşdüyü pilləkənləri ayağını sürüyə- sürüyə düşdü. Həkimin səsi qulağına gəlirdi:XƏRÇƏNG! Ümidedəçək bir şey yox idi. Hər sözü nöqtəsinə qədər eşitmişdi.Son günlərini yaşayırdı. Ağ ciyər xərçənginin dəmir adlı çox nadir hallarda təsadüf edilən, ürəyə tümür atmış növü. Demək bu cənnət məkanı xatırladan ev- eşiyi ilə tezliklə vidaşmalı idi. Halbuki boyük planları ,əlində yarımçıq qalan işləri var idi. Başını qaldırıb pəncərəyə baxdı. Evdə onun xəstəliyi haqqında bilən yox idi. Axşamkı söhbətləri yuxu kimi xatırladı.Dəyirmi masanın ətrafına toplaşıb şirin söhbət edirdilər. Bu günə hamının yeni planı var idi. Fəxriyyə özünə ad günü keçirməkdən , uşaqlar isə xaricə getməkdən bəhs edirdi. Əslində Şahin onları eşitmirdi. Fikri yarımçıq qalmış işlərinin yanında idi. Qəlbinə kədər çökmüşdü. Xəstə olduğunu ailəsinə bildirmək istəmirdi. Gözünü pəncərədən çəkdi. Həmişə ruhunu oxşayan həzin mehin , xəfifcə tərpətdiyi ağaclar onunla vidalaşdığını düşünürdü. Çərgə ilə düzülüb sanki əl yelləyirdilər.Könülsüz maşına minib işə getdi. Ofisə girib otağına keçdi. İlahi bu nə soyuqluq idi?! Divarlara sanki buz çökmüşdü.Katibəni çağırıb çay istəmək istəsə də,fikrindən vaz keçdi.İştahası yox idi, boğazı tikilmişdi. Tələsik sənədləri ortaya tökdü. Görüləcək bank , sığorta, vergi işləri var idi. İndiyədək bu işlərlə İşcilər məşğul olsa da ,hər şeyə özü nəzarət edirdi . İndi bu nəzarət işini böyük oğlu Turala havalə etmək haqqında düşündü. Onun adı işdə olsa da , demək olar ki, işə ayda bir dəfə gəlirdi. Sənədləri vərəqləyib , Turala zəng etdi.Uzun zəngdən sonra oğlan telefonu açıb yuxulu- yuxulu mızıldadı:
Ata , nə olub, niyə qoymursan yataq?
Şahin səsindəki kədəri gizlətməyə çalışaraq dedi:
Tez ofisə gəl, vaçib işlər var.
Tural atasının sözünün arxasını dinləmədən, mənim işim var,-deyib telefonu qapatdı. Şahin masanın üzəindəki qovluqları bir kənara edib, siyirmədən başqa qovluq götürdü. Eybi yoxdur hələlik Turala aid olan işlər qalsın , Raufu cağırım ,- deyə düşündü. Şahinə görə Rauf kiçik olsa da Turaldan məhsuliyyəti idi. Şirkətin tikinti-təmir üzrə müdiri idi .Düzdür Raufun nə tikintidən ,nə də təmirdən xəbəri yox idi. Onun işləri ilə də Şahin özü məşğul olurdu. Sadəcə vaxtaşırı gəlib sənətlərə imza atır , ya da atasının göndərdiyi yerlərə gedirdi. Şahin durmadan Raufa zəng etməyə başladı. Oğlanın telefonu qapalı idi. Bu vaxtlar oğlunun idmanda olduğunu düşünüb, ayağa qalxdı. Şirkəti gəzməyə başladı. Hər şey gözünə qara dumana bürünmüş kimi görünürdü. Minbir zəhmətlə qurub- yaratdığı şirkət sanki suyu soğulmuş dəyirmana dönmüşdü. Əslində hər şey həmişəki kimi idi . Telefunu susmurdu. Hər yerdən sifarişçilər , şəriklər zəng edib nələrsə,- deyrdi. O, isə xəstə olduğunu , son günlərini yaşadığını evdə necə deyəçəyi haqda düşünürdü. İndiyə qədər Fəxriyəni , nə də oğlanlarını narahat edən bir şey haqqda danışmamışdı. Gecə - gündüz zəhmət çəkib işləmişdi.Oğlanlarına bahalı maşın,şəhərin bir neçə yerində ev, bağ almışdı. Həvəslə onların toyunu gözləyirdi. Hər ikisinin gözaltısı var idi. Bir ata kimi özü ilə fəxr edirdi. Şahin öz atasını çox sevirdi, amma ata kimi ona bənzəməməyə çalışırdı.Ürəyinin dərinliyində atasını qınayırdı. Çox tələbkar ,hətta sərt adam olduğunu düşünürdü. Bir an o illərə qayıtdı. Kişi sanki əsgər yetişdirirdi. Hər səhər ay uşaq, “Günəş dağı aşdı “ qalxın,-deyib haray salırdı. Əlaçı olmasına baxmayaraq ,əkinə- bicinə, həyət – bacaya , mal –qaraya , özündən kiçik bacı- qardaşının dərsinə , davranışına nəzarət etməli idi. Kişinin tələbi bitib qurtarmaq bilmirdi. Şahinə ən pis təsir edən hadisəni xatırladı. Qırmızı diplomla İnstitutu bitirib gəlmişdi. Atasının tələbəsi olmuş caxır zavodunun müdiri institutu əla qiymətlə bitirmiş bu zirək oğlanı görəndə İsmayıl müəllim , Şahinə yaxşı iş verəcəm demişdi. Atası sevinmək əvəzinə kəskinliklə yox , -demişdi. Ali təhsilli oğlunu zavodun ən aşağı işində işləməyə məcbur etmişdi. O, pillə - pillə yüksəlmişdi. Bəlkə də elə ona görə zavodun necə deyərlər hər xırda işinə bələd idi. Bütün bu cətinliklərə rəqmən atasından ona bir quş damı ya da bir velosiped qalmamışdı . Bütün evləri, şirkətini ,maşınları öz əlinin zəhməti ilə almışdı.Düşündükcə özü ilə qürur duydu. Bir an son günlərini yaşadığını xatırlayıb məyus oldu. Həkim açıq -aydın ümid yeri yoxdur , demişdi. İşləri tezliklə oğlanlarına tapşırmağı düşünüb yenidən hər ikisinə dalbadal zəng etdi. Lakin bütün cəhdlərinə baxmayaraq iki oğlundan birini şirkətə gətirə bilmədi. Bu cəhd günlərlə, həftələrlə davam etdi. Xəstəlik kişini üstələyirdi. İlk günlər oğlanlarının doğrudan da başlarının qarışıq olduğunu düşünürdü. Onlar gündə bir bahənə gətirir, Şahin də inanırdı. Sonda bu iki qardaşın işə tam yararsız olduğunu anlamağa başladı. Keyfini pozmaq istəmədiyi oğlanlarına bir neçə həftə burada olmayacağını ,- dedi. Əvvəl Turalı sonra Raufu özü ilə məcburi işə gətirdi.. Qovluqlqrı ortaya töküb mat qaldı. Heç birinin anladığı bir şey yox idi. Turalın gözü saatda qalmışdı. Demək olar ki, atasını dinləmirdi. Rauf açıq – aydın ata, mənim bu işlərdən başım çıxmır,- dedi. Şahini dərd götürmüşdü. Uşaqlarının xətrinə dəymək istəmirdi. Özünü toplayıb yavaş - yavaş xəstə olduğunu , işlərə kiminsə sahib çıxmalı olduğunu anlatdı . lakin gözlədiyinin əksinə tam başqa mənzərə ilə üzbəüz qaldı. Hər kəs sadəcə sahiblənmək istəyirdi Mal -mülk bölgüsü zamanı aralarında çanlanma əmələ gəlirdi. Tural hər addım başı qiymət öyrənməyə çalışırdı. Onu hansı mülkün daha baha qiymətə satılaçağı maraqlandırirdi . Raufun isə burada , şirkətdə atası ilə keçirdiyi “boş – boş” zamana heyfi gəlirdi. İşləmək, ya da işləri idarə etməyi öyrənmək heç kimin ağlının uçundan keçmirdi. Çünki heç birinin işə -gücə vaxt ayırmaq fikri yox idi. Onları əylənçə yerləri, qız ünvanları, maşın markaları ,xarici ölkələrin istirahət zonaları, bədən şəkilləndirmək üçün idman və qumar zallarının adları maraqlandırırdı.
Aradan bir – iki ay da ötdü,ağrıları artmışdı. Önsuz da zamanı yox idi. Xəstəlik şişin növündən aslı olaraq sürətlə irəliləyirdi. Demək olar ki tam əldən düşmüşdü. Bu az zaman müddətində oğlanlarını işə cəldb edə bilmədi. Düzdür xəstəliyinin ölümçül olduğunu deməmişdi. Öyrənmək heç vaxt geç deyil ,-deyib yalvar yaxar etmişdi. Lakin bütün cabaları boşa getmişdi. Bu səhər işə lap erkən gəlmişdi. Şirkətdə oturub başını əllərinin arasına alıb düşünürdü. Uzun fikirdən sonra bu qərara gəldi ki , bütün bu illər boyu qurub yaratdığı hər şey evlər, bağlar, maşınlar ,şirkət çəmi bir -iki ilə satılaçaq .Hətta gözünün önünə şirkətin qapısına vurulmuş SATILIR sözü gəldi. Oğlanlarına hər gün bir neçə dəfə təkrarladığı “ siz artıq özünüzə güvənməlisiniz” sözünün mənasız olduğu anlayıb ayağa durdu.Dönüb kabinetinə baxdı. Gözünə yenə də hər yer kədərli və rəngsiz göründü. Bir saatdan sonra atasının qəbrinin önündə dayanmışdı. Kişiyə sözü var idi. Axır bir həftəyə yaxın ürəyində düşündüyü fikirləri atasına etiraf etməyə gəlmişdi. Əlli ilə yaxın idi ki ,atasının ona heç bir sərvət qoymadığını düşünmüşdü. Son günlər nə böyük səhv etdiyini anladı. Sən demə kişi ona savad, zəhmət , səriştə, baçarıq , dözm kimi qiymətli sərvət qoyubmuş . Özü də bu sərvəti Şahinə illərlə, böyük çətinliklə toplatmışdı. Şahin mən oğlanlarıma sərvət qoymuşam dediyi hər şeyə görə əslində atasına borclu imiş. Qəti qərara gəldi ki, insanın həyatında ən çətin iş övladına düzgün tərbiyyə verməkdir. Çox məyuz oldu. Bu dünyada iki vecsiz oğul qoyub gedirdi.Yenə gözünü önündə bütün əmlaklarının önünə yazılmış SATILIR. elanını gətirib ,ata mən övladlarıma heç bir sərvət qoymadan bu dünyadan köcürəm , -deyə pıçıldadı.
Dərya (Nailə)Qılıc