AZ

“İrəvanda ermənilər maşınımızı qırdılar, yeməksiz, ac-susuz qoydular, zəhərləmək istəyirdilər” - İLLƏR SONRA ETİRAF

Qərbi Azərbaycan bölgəsi ta qədimdən mədəniyyət beşiyi olub.
 
Xalçaçı rəssam, sənətşünas Kübra Əliyeva Moderator.az-a bildirib ki, bu bölgədə yaşayanların əsas məşğuliyyətlərindən biri də qoyunçuluq idi. Bu da həmin ərazidə xalçaçılığın daha da inkişaf etməsinə səbəb olub.
 
“Ermənilər uzun illər çalışdılar ki, orada olan kəndlərimizin adət ən ənələrinin hamısı yaddan çıxsın. Orada kimlər yaşayırdılar? Qıpçaq və oğuz tayfaları. Əsas məşğuliyyətləri də maldarlıq, qoyunçuluq idi. Dağdan-arana köçürdülər. Onlar daha çox xovsuz xalçalar işlədirdilər. Kilimlər, palazlar və s. Nəyə görə? Çünki onları özləri ilə daşıyırdılar. Çox qəribədir, hamısı simvolikadır. Bu simvolikalar hamısı da yazıdır. Bu yazıların bir hissəsini Lətif Kərimov 1-ci cildində açmağa çalışıb. Qərbi Azərbaycan xalaları çox sadə kompozisiyadır. Həddən artıq elementlər orada yoxdur. Ən çox həndəsi elementlərdir. Ən çox Qazax və Borçalı bölgəsinin rəng xüsusiyətlərini özündə əks etdirib. Quş, heyvan elementləri də var. Bəzən nadir hallarda nəbati elementlərə də rast gəlinir” deyə xalçaçı rəssam deyib.
Kübra Əliyeva bildirib ki, 1969-cu ildə çətinliklə də olsa Qərbi Azərbaycanın bölgələrini gəzərək, həmin xalçaların tədqiqatı ilə məşğul olub.
“Lətif Kərimov başda olmaqla biz o vaxt Qarabağa, ordan Laçına, Laçında da birbaşa İrəvana gəkdik. Bir qrup halında o bölgələrin hamısını gəzdik. İrəvana, Vedibazara, Zəngəzura, Dərələyəzə, Ağbabaya, Şoralaqa, Pambiqə, Göyçəyə, Qaraqoyunlu dərəsinə, Şəmsəddinə, Uruda getdik. Hələ bizi qoymadılar çox kəndlərə getməyə. Bu 1969-cu il idi. 6 ay orada böyük komanda ilə işlədik. Birincisi bizə nə qalmağa otel, nə də restoran verdilər. Qalmağa belə yerimiz yox idi. Emənilər bizi əsgərlərin qaldığı, bəlkə bir az ondan da şəraitsiz kazartma tipli otaqlarda saxlayırdılar. Yemək vermirdilər. Ac-susuz qalırdıq. Maşınımızı qırdılar, samovarımızı sındırdılar. Hətta pis gözlə baxmaq istəyənlər də olurdu. Lətif Kərimov biz xanımları qoruyurdu. Hətta onlar bizi öldürə, zəhərləyə də bilərdilər. Yenə də bütün çətinliklərə sinə gərərək Urud deyilən ərazidə xeyli işlədik.  
 
Orada yerli əhali ermənilərlə bir yerdə yaşayırdılar. Ən çox abidələri, xalçaları, qəbirstanlıqları çəkirdik. Universitetdən mənə bir fotoaparat vermişdilər. Kim göstərirdisə xalçaları çəkirdik, məcbur edə bilmirdik. Həmin xalçaların fotoları Lətif Kərimovun 2-ci və 3-cü cild kitablarında yer alıb. Biz oradan çıxanda sevinirdik. İrəvan-Bakı qatarına minəndə dedilər ki, Lətif Kərimovun üzərində bit yeriyir. Bu vəziyyətdə idik” deyə Kübra Əliyeva deyib.
Kübra Əliyeva bildirib ki, ermənilər xalçalarımızı erməniləşdirmək istəsə də alınmayıb:
 
“Heç bir xalq rəngi bizim qədər seçib, quraşdıra bilmir. 7 rəng var. Bunu hər millətə verin görək ortalığa nə çıxır? Azərbaycan xalçalarını toxuyan, bu torpaqda yaşayan xalq elə rəng verir ki, o rəngdə sən həyatı, sülhü, vətəni görürsən. Azərbaycan xalçaları ona görə də dünyada ən bahalı xalçalardır” deyə o bildirib.
Seçilən
40
21
moderator.az

10Mənbələr