RU

Moskvaya doğru kütləvi PUA hücumu şəhər təhdid altında!

ain.az, News24 portalına istinadən məlumat verir.

Moskvaya yönəlmiş 9 pilotsuz aparat zərərsizləşdirildi – Sobyanin təhlükə barədə danışdı

News24.az musavat.com-a istinadla xəbər verir ki, bu gecə Rusiyanın hava hücumundan müdafiə qüvvələri Moskvaya doğru uçan 9 pilotsuz uçuş aparatını (PUA) məhv edib. Bu barədə Moskva meri Sergey Sobyanin məlumat yayıb.

Onun sözlərinə görə, PUA-lar təkcə paytaxta deyil, həm də digər strateji obyektlərə doğru istiqamətlənibmiş. Bəzi dronların qalıqları Rostov vilayətində dəmir yolu vağzalı yaxınlığında binanın dam örtüyündə yanğına səbəb olub, lakin hadisə nəticəsində xəsarət alan olmayıb.

Eyni zamanda, təhlükəsizlik məqsədilə Moskva yaxınlığındakı Domodedovo və Nijni Novqorod hava limanlarında müvəqqəti uçuş məhdudiyyətləri tətbiq olunub.

Hadisə ilə bağlı istintaq və texniki araşdırmalar davam edir. Rusiya rəsmiləri hava məkanının qorunması üçün əlavə tədbirlərin görüləcəyini bildirib. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
40
31
news24.az

10Источники