Biləsuvar və Cəlilabadda elektrik enerjisinin verilişində yaranan fasilə aradan qaldırılıb.
Bakues.az xəbər verir ki, Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) bir sıra ərazilərini əhatə edən 110 kV-luq “Cəlilabad” hava xəttində təmir işləri ilə əlaqədar fasilə yaranmışdı.
Bununla əlaqədar Biləsuvarın Ağalıkənd, Amankənd, Dərvişli, Ovçubərə, Təzəkənd, Yuxarı Cürəli, Cəlilabadın Alar, Günəşli, Sabirabad kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranmışdı.