AZ

Bu rayonlarda elektrik enerjisinin verilişi bərpa edildi - YENİLƏNİB

Biləsuvar və Cəlilabadda elektrik enerjisinin verilişində yaranan fasilə aradan qaldırılıb.

Redaktor.az xəbər verir ki, Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) bir sıra ərazilərini əhatə edən 110 kV-luq "Cəlilabad" hava xəttində təmir işləri ilə əlaqədar fasilə yaranmışdı.

Bununla əlaqədar Biləsuvarın Ağalıkənd, Amankənd, Dərvişli, Ovçubərə, Təzəkənd, Yuxarı Cürəli, Cəlilabadın Alar, Günəşli, Sabirabad kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranmışdı.

***

00:37

Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) bir sıra ərazilərini əhatə edən 110 kV-luq "Cəlilabad" hava xəttində iyulun 21-də təmir işləri aparılacaq.

Redaktor.az xəbər verir ki, bununla əlaqədar olaraq saat 10:00-dan 11:00-dək Biləsuvarın Ağalıkənd, Amankənd, Dərvişli, Ovçubərə, Təzəkənd, Yuxarı Cürəli, Cəlilabadın Alar, Günəşli, Sabirabad kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra həmin kəndlər elektrik enerjisi ilə təmin olunacaq.

Seçilən
9
10
redaktor.az

10Mənbələr