Yazını böyüt
Yazını kiçilt
Biləsuvar və Cəlilabadda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Hafta.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) bir sıra ərazilərini əhatə edən 110 kV-luq "Cəlilabad" hava xəttində iyulun 21-də təmir işləri aparılacaq.
Bununla əlaqədar saat 10:00-dan 11:00-dək Biləsuvarın Ağalıkənd, Amankənd, Dərvişli, Ovçubərə, Təzəkənd, Yuxarı Cürəli, həmçinin Cəlilabadın Alar, Günəşli və Sabirabad kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra həmin kəndlər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.