RU

Cənubi Koreyada leysan yağışlar və torpaq sürüşməsi nəticəsində 9 nəfər itkin düşüb

Cənubi Koreya hökuməti ötən həftə ölkədə yağan güclü yağışlar və torpaq sürüşmələri nəticəsində 9 nəfərin itkin düşdüyünü bildirib.

Editor.az bu barədə Yonhap Xəbər Agentliyinə istinadla xəbər verir.

Daxili İşlər Nazirliyinin məlumatına görə, 15 böyük şəhər və əyalətdən 14 mindən çox insan təxliyə edilib.

Bazar günü saat 18:00-a olan məlumata görə, dövlət obyektlərində 1999, özəl obyektlərdə isə 2238 maddi ziyan qeydə alınıb.

Milli Meteorologiya Agentliyi Cənubi Jeolla əyalətində, Cənubi Gyeongsang əyalətində və cənub Ceju adasında daha çox yağış yağacağını proqnozlaşdırır.

//Gülnarə Abasova, Editor.az

Избранный
32
5
editor.az

10Источники