AZ

Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 124 nəfərə yüksəlib

Bakı, 17 iyul, AZƏRTAC

Son üç həftə ərzində Pakistanda davam edən güclü musson yağışları və onunla bağlı daşqınlar nəticəsində azı 124 nəfər həyatını itirib, 264 nəfər isə xəsarət alıb.

AZƏRTAC xəbər verir ki, Pakistanın Təbii Fəlakətlərlə Mübarizə üzrə milli idarəsinin məlumatına görə, son 24 saat ərzində təbii fəlakət səkkiz nəfərin ölümünə, 11 nəfərin isə xəsarət almasına səbəb olub.

Ən çox insan tələfatı ölkənin şərqində yerləşən Pəncab əyalətində qeydə alınıb – 49 nəfər. Həmçinin Xayber-Paxtunxva əyalətində 38 nəfər, Sind əyalətində 20 nəfər, Bəlucistan əyalətində 16 nəfər, Pakistanın nəzarətində olan Kəşmir bölgəsində isə bir nəfər həyatını itirib.

Sinoptiklər yaxın günlərdə yağıntıların daha da güclənə biləcəyi ilə bağlı xəbərdarlıq edərək yerli hakimiyyət orqanlarını fövqəladə hallara hazır olmağa çağırıb.

Qeyd edək ki, iyul-sentyabr aylarında müşahidə olunan musson mövsümü hər il Pakistanda yüzlərlə insanın həyatına son qoyur, kənd təsərrüfatı və infrastruktur obyektlərinə ciddi zərər vurur.

 

phrase_var_article.chosen
64
23
azertag.az

10phrase_var_article.sources