Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Cəzaçəkmə müəssisələrinin monitorinqi” layihəsi çərçivəsində “Konstitusiya” Araşdırmalar Fondu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 12 saylı Cəzaçəkmə müəssisəsində növbəti monitorinq və hüquqi maarifləndirmə tədbiri həyata keçirib.