Tədbirin əvvəlində Fondun prezidenti Əliməmməd Nuriyev çıxış edərək layihənin məqsədləri, fəaliyyət istiqamətləri və penitensiar müəssisələrdə hüquqi yardım və monitorinqin əhəmiyyəti barədə geniş məlumat verib.Tədbirdə müəssisə rəhbərliyi və Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət baş idarəsinin nümayəndələri də iştirak edərək hüquqi maarifləndirmənin cəzaçəkmə prosesindəki rolunu yüksək qiymətləndiriblər.
Daha sonra peşəkar hüquqşünas-ekspertlər tərəfindən 38 nəfər məhkum üçün amnistiya, əfvetmə, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə institutları və digər hüquqi mexanizmlər barədə çıxışlar və təqdimatlar edilib.
Monitorinq çərçivəsində layihə ekspertləri tərəfindən 48 məhkum fərdi qəbul edilərək hüquqi yardım göstərilib.
Məhkumların konkret hüquqi problemləri, tətbiq olunan cinayət-hüquq normaları, əfv və cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin prosedurları dair sualları cavablandırılıb, müvafiq hüquqi məsləhətlər verilib.
Monitorinq zamanı müəssisənin şəraiti, məhkumların hüquqlarının təmin olunması, hüquqi məlumatlara çıxış imkanları və digər vacib aspektlər üzrə yerində baxış və qiymətləndirmə aparılıb.
"Konstitusiya” Araşdırmalar Fondu layihə çərçivəsində məhkumlarla hüquqi maarifləndirmə tədbirlərini, monitorinq və hüquqi yardım fəaliyyətlərini davam etdirəcəkdir.






9phrase_var_article.sources
-
yenicag.az12 saylı Cəzaçəkmə müəssisəsində monitorinq keçirildi ( 19456217)
-
editor.az“Konstitusiya” Araşdırmalar Fondu 12 saylı Cəzaçəkmə müəssisəsində monitorinq keçirdi ( 19444712)
-
demokrat.az"Konstitusiya" Araşdırmalar Fondu 12 saylı Cəzaçəkmə müəssisəsində monitorinq keçirdi — FOTOLAR ( 19443959)
-
7news.az"Konstitusiya" Araşdırmalar Fondu 12 saylı Cəzaçəkmə müəssisəsində monitorinq keçirdi ( 19443437)
-
veteninfo.az“Konstitusiya” Araşdırmalar Fondu 12 saylı Cəzaçəkmə müəssisəsində monitorinq keçirdi ( 19443020)
-
azpost.infoHəbsxanada dustaqlara hüquqi yardım göstərilib, monitorinq aparılıb –FOTO ( 19442858)
-
aznews.az"Konstitusiya” Araşdırmalar Fondu cəzaçəkmə müəssisəsində monitorinq keçirib ( 19376815)
-
modern.az14 saylı cəzaçəkmə müəssisəsində monitorinq keçirilib ( 19368097)
-
qht.az"Konstitusiya” Araşdırmalar Fondu hüquqi maarifləndirmə tədbiri və monitorinq keçirib - FOTOLAR ( 19364692)