Bu ilin yanvar-iyun aylarında Azərbaycan 46,354 milyon ABŞ dolları dəyərində gübrə idxal edib.
Bakues.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11,8 % çoxdur.
Hesabat dövründə Azərbaycandan gübrə ixracının dəyəri isə 92,822 milyon ABŞ dolları təşkil edib. Bu, 1 il əvvələ nisbətən 75 % çoxdur.
Gübrə üzrə idxal Azərbaycanın ümumi idxalının 0,4 %-ni, ixrac isə ümumi ixracın 0,72 %-ni təşkil edib.
Xatırladaq ki, I yarımildə Azərbaycan xarici ölkələrlə 24 milyard 400 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 12,1 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 12 milyard 878 milyon ABŞ dolları ixracın, 11 milyard 522 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 0,2 % az, idxal isə 29,9 % artıb.