AZ

Azərbaycan bu il 70 milyon dollara yaxın Gürcüstan məhsulu alıb

TBİLİSİ, 21 iyul. TELEQRAF

Bu ilin ilk yarısında Azərbaycan Gürcüstandan 69,7 milyon ABŞ dollar dəyərində yerli məhsul idxal edib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın qonşu ölkədən yerli məhsul idxalında 24,7% artım qeydə alınıb.

Yanvar-iyunda Azərbaycan Gürcüstanın yerli məhsul ixracında 4,7% payla qonşu ölkənin yerli ixrac tərəfdaşlarının ilk onluğunda Rusiya, Çin, Türkiyə, Ermənistan və Bolqarıstandan sonra VI yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstandan ümumilikdə 3,23 milyard ABŞ dolları dəyərində yerli məhsul ixraca yönəldib ki, bu da 2024-cü ilin ötən ilin eyni dövrünə nisbətdə 13,7% çoxdur.

Qonşu ölkədən ən çox tədarük olunan məhsulların siyahısında qiymətli metal filizləri və konsentratları, təzə üzüm şərabı, spirtli içkilər, ferroərintilər, təbii, mineral və qazlı sular, şəkər əlavəli sular, mineral gübrələr, qızıl, qoz-fındıq, müxtəlif üst köynəkləri yer alıb.

Seçilən
12
3
teleqraf.com

10Mənbələr