AZ

Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsi artdı

TBİLİSİ, 21 iyul. TELEQRAF

Bu ilin birinci yarısında Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsinin dəyəri 625,2 milyon ABŞ dolları təşkil edib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə dəyər 4,58% artıb.

Hesabat dövründə Gürcüstanın ümumi ticarət dövriyyəsində Azərbaycanın payı 5,2% olub. Bu göstərici ilə Azərbaycan qonşu ölkənin ticarət tərəfdaşları arasında Türkiyə, ABŞ, Rusiya, Çin və Qırğızıstandan sonra VI yeri tutub.

Yanvar-iyunda Gürcüstandan Azərbaycana 342 milyon ABŞ dolları dəyərində məhsul ixracı qeydə alınıb ki, bu da ötən ilin eyni dövrünə nisbətdə 7,4% çoxdur. Azərbaycan Gürcüstanın ixracında 10,6% payla qonşu ölkənin əsas ixrac tərəfdaşları arasında Qırğızıstan və Qazaxıstandan sonra III yerdə qərarlaşıb.

Gürcüstanın Azərbaycandan idxalı isə 2024-cü ilin müvafiq dövü ilə müqayisədə 1% artaraq 283,4 milyon ABŞ dolları səviyyəsində olub.Azərbaycan qonşu ölkənin idxalında 3,3% payla Türkiyə, ABŞ, Rusiya, Çin, Almaniya və Böyük Britaniyadan sonra VII əsas idxal tərəfdaşı olub.

Cari ilin ilk yarısında Gürcüstanın xarici ticarət dövriyyəsinin ümumi dəyəri 12 milyard ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 12,8% çoxdur. Qonşu ölkənin ixracının dəyəri 3,23 milyard ABŞ dolları (+13,7%), idxalı isə 8,69 milyard ABŞ dolları (+12,4%) səviyyəsində olub.

Seçilən
9
16
teleqraf.com

10Mənbələr