RU

“Neftçi”də transfer gündəmi – detallar İdmanxeber.az-da 

Növbəti mövsümün hazırlıqlarını davam etdirən “Neftçi”də transfer çalışmaları davam edir. Paytaxt təmsilçisi heyətini daha bir neçə futbolçu ilə gücləndirəcək.

Dünən Rumıniyanın “Dinamo” (Buxarest) klubunda çıxış etmiş Kristian Kostinlə “ağ-qaralar”ın razılığa gəldiyini xəbər vermişdik. 27 yaşlı futbolçu “Neftçi”yə azad agent statusunda transfer olunub.

Ancaq bu, hələ son deyil. “Flaqman” daha 3 futbolçunu heyətinə qatmağı düşünür. Hazırda qapıçı mövqeyi üçün ciddi axtarışlar davam edir. Rəhbərlik ən qısa zamanda heyətə yeni qolkiper cəlb etmək istəyir.

Bununla yanaşı, “ağ-qaralar”da hücumçu və yarımmüdafiəçi transferi də gündəmdədir. Qarşıdakı günlərdə komandaya yeni futbolçuların qoşulması gözlənilir. 

İdmanxeber.az

Избранный
11
10
idmanxeber.az

10Источники