AZ

“Neftçi” axtardığını Rumıniyada tapdı

“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az xəbər verir ki, Bakı təmsilçisi son olaraq Rumıniyanın “Dinamo” klubunda çıxış edən sağ cinah müdafiəçisi Kristian Kostinlə razılığa gəlib. 27 yaşlı futbolçu “Neftçi”yə azad agent statusunda transfer olunub.

Təcrübəli müdafiəçinin yaxın günlərdə tibbi müayinədən keçərək rəsmi müqaviləyə imza atması gözlənilir.

Qeyd edək ki, Kostin karyerası ərzində Rumıniyada bir neçə klubda çıxış edib və əsasən müdafiənin sağ cinahında sabit oyunu ilə seçilib.

Seçilən
69
8
idmanxeber.az

10Mənbələr