AzVision.az xəbər verir ki, Rusiya Mərkəzi bankının regional iqtisadiyyat barədə hesabatına istinad edən “Ura.ru” portalı belə məlumat yayıb.
Hesabatda bildirilir ki, 11,6 min respondentdən işəgötürənlərin 11,5%-i öz əməkdaşlarının sayınıoptimallaşdırmaq niyyətindədir ki, bu da yanvarda qeydə alınmış 6,9%-dən təxminən 1,7 dəfə çoxdur.
“2025-ci ilin iyun ayında işçilərin sayının sabit qalacağı gözlənilən müəssisələrin payı artıb - yanvarda 62% -ə qarşı 65%, eləcə də işçilərini ixtisar etməyi planlaşdıran müəssisələrin - 11,5% -ə qarşı 6,9%-dir. Mütəxəssislər bunu məhsullara tələbatın azalması və xərclərin artması ilə izah edirlər”, - xəbərdə deyilir.
2025-ci ildə əmək haqqı artımını gözləyən şirkətlərin payı 84%-dən 71%-ə, əmək haqqı artımının orta hesablamasına görə isə 8,4%-dən 5,3%-ə düşüb. Əmək haqqını artırmağı planlaşdıran şirkətlərin sayı da ilin əvvəli ilə müqayisədə 13 faiz azalıb.
- Bu tendensiya bir çox sənaye sahələrində, o cümlədən ticarət, təbii sərvətlərin hasilatı və tikinti sahələrində müşahidə olunur. Bəzi müəssisələrdə artıq natamam iş rejimi və plandankənar məzuniyyətlər tətbiq edilir”,- Rusiyanın Mərkəzi Bankı vurğulayır.
Əmək bazarındakı soyumanın digər əlamətlərinə işçi qüvvəsi çatışmazlığı yaşayan şirkətlərin sayının azalması da daxildir: ilin əvvəlindəki 69% ilə müqayisədə iyunda belə şirkətlərin sayı 66% olubki, bu da işçilərə ehtiyacın azalması ilə əlaqəlidir. Mərkəzi Bankın analitiklərinin fikrincə, mövcud vəziyyət əmək bazarından inflyasiya təzyiqini azalda bilər.
Sahil İsgəndərov
AzVision.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта